7
18:26
03 Noyabr 2020

Polis gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirir - FOTO

Daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də ki, koronovirusla mübarizədə xidmətlərini yorulmadan davam etdirirlər.

İnfeksiyanın ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə elan edilən karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib.

DİN mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, paytaxt Bakı və bölgələrdə polis əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsi ilə sanitar-karantin qaydalarına əməl edilməsi daim nəzarətdə saxlanılır. Reydlər zamanı qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji qaydalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə tibbi maskadan istifadənin zəruriliyi barədə məlumatlar verilir. Paytaxtın demək olar ki hər bir nöqtəsində, eləcə də mərkəzdən kənar bölgələrdə həyata keçirilən reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrdə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Vətəndaşlarımızdan biz daha xahiş olunur ki, koronovirusun daha da çox yayılmasına imkan verməmək üçün krantin qaydalarına əməl etsinlər.

Dİgər xəbərlər