Cəlilabadda ağır qəza: iki nəfər öldü
03 noyabr 2020 13:01 (UTC +04:00)

Cəlilabadda ağır qəza: iki nəfər öldü

Cəlilabadda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 2-də saat 6 radələrində Cəlilabad rayonunun Günəşli kəndi ərazisində Astara rayon sakini S.Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Muğan kənd sakini Ə.Şəmmədovun idarə etdiyi “Opel” markalı avtomobilə vurub. Nəticədə Ə.Şəmmədovun sərnişinləri - həmkəndliləri Afiq Niftəliyev və Cəlal Qarayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933

Oxşar yazılar