80
10:30
02 Noyabr 2020

Tanınmış aktyor vəfat etdi

İtalyanın məşhur kino və teatr aktyoru Cici Proyetti vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 80 yaşlı aktyor ürək şikayətləri ilə çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Proyetti bir çox filmlərdə yaratdığı yumoristik rolları və televiziya proqramlarının aparıcısı kimi tanınır.

O, Mario Monicelli, Tinto Brass, Pupi Avati, Carlo Verdone kimi məhşur rejissorların filmlərində rol alıb.

Bundan başqa Cici uzun illər məşhur Hollivud filmlərində Robert De Niro, Silvester Stallone, Anthony Hopkins, Dustin Hoffman, Kevin Costner kimi aktyorları səsləndirib.

Dİgər xəbərlər