Dünyaca məşhur fotoqraf Rza Diqqəti işğaldan azad edilmiş Xudafərin körpüsünün fotolarını öz instaqram hesabında paylaşıb.
Lent.az-ın məlumatına görə, fotoqraf bildirib ki, Cəbrayıl rayonu Avropa ilə Asiyanı birləşdirən ticarət və İpək Yolunun üstündə yerləşir:
O həmçinin qeyd edib ki, Avropadakı şərqşünaslar, İran, Türk dünyası və Çindəki şairlər hekayələr, əfsanələr və fantaziyalarda ondan ilham alıblar.
“Xudafətin körpüsü XIII əsrdən bəri İpək yolu boyunca Azərbaycanla İran arasında əsl təbii sərhəd Araz çayını keçmək üçün istifadə olunan iki tarixi körpüdür.
1993-cü ildən 2020-ci ilin oktyabrına qədər Cəbrayıl rayonu erməni qüvvələrinin işğalı altında idi. 18 oktyabrdan etibarən Azərbaycan qüvvələri bölgəyə daxil olaraq, bu tarixi və simvolik abidələrə nəzarəti bərpa etdi”.
R.Diqqəti sonda əlavə edib ki, Cəbrayıldan olan ailələr 27 ildən sonra ilk dəfə doğma yurdlarını görə biləcəklər.