118
13:08
01 Noyabr 2020

Qurucu, xilaskar lider: O, Azərbaycan xalqının parlaq gələcəyinin qarantı olduğunu sübut etdi

“İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

17 il əvvəl demişdi bu sözləri Ümummilli lider Heydər Əlyev. Düz 17 il əvvəl. Və uzaqgörənliklə deiylmiş bu sözlər öz təsdiqini tapdı. Ümidlər nəinki artıqlamasıyla doğruldu, hətta Ulu öndərin illər öncə dediyi “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” vədi də reallaşdı.

“Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam. Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam”.

Düz 17 il əvvəl deyilmişdi bu sözlər. Və zaman-zaman da özünü doğrultdu. Prezident müasir dövlət quruculuğunu öz siyasətinin prioriteti elan etdi, ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğunlaşdıraraq uğurla həyata keçirdi. O, hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın etimadını doğrultdu.

Ötən 17 il ərzində ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını, o cümlədən məcburi köçkünlərə verdiyi bütün vədləri yerinə yetirdi. Və...

Və indi həmin köçkün vətəndaşlarmız artıq evlərinə qayıtmaq ərəfsinədirlər. Ölkənin iqtisadi sistemi yenidən quruldu, güclü iqtisadi potensial yaradıldı, Karbohidrogen ehtiyatların hasilatı və ixracı istiqamətində inqilabi addımlar atıldı, Azərbaycanın siyasi və iqtisadi maraqları uzlaşdırıldı, ölkəmizin prioritetləri beynəlxalq gündəmin bir istiqamətinə çevrildi. Ölkəyə külli miqdarda valyuta axdı. Və bu kapital xalqın rifahının daha da yüksəlməsinə yönəldildi, Azərbaycan nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrildi. Ölkə sanki yenidən quruldu. Prezident Qurucu lider olduğunu sübut etdi.

Ölkənin idarəetmə sistemi təkmilləşdirildi, yeni kadr siyasəti idaəetmədə nöqsanları, əyintiləri aradan qaldırdı, hakim komandanın monolitliyini daha da gücləndirdi, onun kreativliyini, operativliyini, müasirliyini təmin etdi. Ölkədə milli həmrəylik, xalq-iqtidar birliyi daha da gücləndi. Elə Prezidentin özünün dediyi kimi “Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik - budur bizim uğurlarımızı şərtləndirən əsas amillər”.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı işğal altında olan torpaqlarımızın azad olunması, qaçqın və məcburi köçkünlərin öz doğma ata-baba yurdlarına dönməsi üçün yorulmaq bilmədən səylər göstərdi. O, bütün səviyyələrdə olan görüş və söhbətlərində xalqı əmin etdi ki, bir qarış belə Azərbaycan torpağı düşmən tapdağı altında qalmayacar. Xalq da öz Prezidentinə inandı. Və məhz bu inamın nəticəsidir ki, xalq-prezidenti birliyi və Azərbaycan əsgəri Qarabağı işğalçılardan təmizləyir.

İstər hərbi-texniki təchizat, istərsə də mənəvi-psixoloji cəhətdən hazırda dünyanın ən güclü və hazırlıqlı orduları sırasında duran Azərbaycan Ordusu indi Qarabağda şərəflə vəzifəsini icra etməkdədir. Əslində,dünyanın 50 ən güclü orduları sırasına daxil olan Azərbaycan Ordusunun uğurları Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Etiraf edək, bu bir tarixi reallıqdır, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 500 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı. O, torpaq qaytaran bir lider kimi tarixə düşdü. Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib, ona sonsuz etimad, inam, dəstək nümayiş etdirir. Prezident İlham Əliyev uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzidir.

Dövlətimizin başçısı bütün çətinliklərə, xarici qüvvələrin təzyiqinə cəsarətlə sinə gərir, onları dəf edir, Azərbaycan xalqının haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyur. Və bu gün Prezident sözün həqiqi mənasında Azərbaycan xalqının parlaq gələcəyinin qarantıdır.

Dİgər xəbərlər