147
10:02
31 Oktyabr 2020

Saxta düşmən xəbərlərini məhv edəcək YENİ SAYT

Son vaxtlar əhali arasında inamsızlıq və çaşqınlıq yaratmaq məqsədilə düşmən, internet resurslarında və sosial şəbəkələrdə feyk saxta səhifələr yaradir.

Lent.az -ın məlumatına görə, bu cür halların qarşısının alınması üçün kütləvi şikayətin təmin olunması məqsədilə www.fake.az internet saytı yaradılıb.

Saytın aşağıdakı imkanları mövcuddur:

- qeydiyyatsız sayta daxil olmaq və şikayət olunan hesabların linkini bazaya əlavə etmək;

- bazaya daxil edilmiş linklər vasitəsilə aidiyyəti üzrə “facebook”, “telegram”, “apple”, “google” və s. şikayət etmək;

- bazaya daxil edilmiş şikayətlərin səbələri ilə tanış olmaq;

Əlavə olaraq, “telegram” mobil tətbiqində @FakeazBot-dan istifadə edərək şikayət olunan hesabların linkini bazaya daxil etmək mümkündür.

Dİgər xəbərlər