Türmədəki dostuna qəndin içində narkotik vermək istədi
29 oktyabr 2020 12:33 (UTC +04:00)

Türmədəki dostuna qəndin içində narkotik vermək istədi

Bakı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a daxil olan xəbərə görə, Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4; 221.3; 228.4; 66.3 və 67-ci maddələrinə əsasən təqsirli bilinərək barəsində 8 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Məcidli Nihad Elxan oğluna dostu Bakı şəhər sakini İsgəndərli Əyyub Sədrəddin oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib Bu zaman orada olan qəndin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,257 qram olan narkotik maddə “heroin” və ümumi çəkisi 0,550 qram olan psixotrop maddə “metamfetamin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 568
avatar

Mehman Nəbiyev

Oxşar yazılar