62
11:03
28 Oktyabr 2020

Gürcüstanda koronavirusdan ölənlərin sayı 250-ni keçdi

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 731 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 33 858 nəfərə, ölənlərin sayı 253 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3 507 nəfər karantində saxlanılır. Koronavirusa yoluxanlardan 14 829 nəfərin sağaldığı bildirilir.

Dİgər xəbərlər