98
15:10
27 Oktyabr 2020

Ermənistan Milli Təhlükəsizlik Xidməti Əks-kəşfiyyat Departamentinin rəhbəri işdən çıxarıldı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Əks-kəşfiyyat Departamentinin rəhbəri, general-mayor Ovanes Karumyan vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, O. Karumyanın işdən çıxarılmasının səbəbi açıqlanmır.

Qeyd edək ki, oktyabrın 26-da Ermənistan MTX Sərhəd Qoşunlarının Komandanı Vahinak Sarkisyan da işdən çıxarılıb.

Oktyabrın 8-də isə MTX direktoru Arqişti Kərəmyan istefaya göndərilmişdi.

Qeyd edək ki, bütün bunlar Dağlıq Qarabağda hərbi əməliyyatların gedişi fonunda baş verir.

Dİgər xəbərlər