Bakıda "moyka"dan maşın qaçırdılar
27 oktyabr 2020 12:00 (UTC +04:00)

Bakıda "moyka"dan maşın qaçırdılar

Bakdıa avtomobil qaçırılıb.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Məmmədov oktyabrın 25-də rayon ərazisindəki avtomobillərin yuyulması məntəqələrinin birindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdaş rayon sakini N.Məmmədov oktyabrın 26-da Talıblı küçəsində avtomobillə birgə saxlanılıb.

Daxili İşlər Nazirliyi bir daha avtomobil sahiblərinə müraciət edərək tövsiyə edir ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli insanlara etibar edin.

Unutmayın ki, bəzən etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər.

# 994
avatar

Mehman Nəbiyev

Oxşar yazılar