Tədris mərkəzindən 7 min manat pul oğurlandı
24 oktyabr 2020 14:36 (UTC +04:00)

Tədris mərkəzindən 7 min manat pul oğurlandı

Bakıda tədris mərkəzindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş A. Həsənovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun oktyabrın 23-nə keçən gecə rayon ərazində yerləşən tədris mərkəzlərinin birindən 7 043 manat pul oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. 

# 784
avatar

Oxşar yazılar