Koronavirusa qalib gələn 93 yaşlı qadın - YENİDƏN DOĞULMUŞ...
23 oktyabr 2020 12:32 (UTC +04:00)

Koronavirusa qalib gələn 93 yaşlı qadın - YENİDƏN DOĞULMUŞ...

Türkiyədə 94 yaşlı tibb bacısı Fatma B. Koronavirusa qalib gəlib.

Lent.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda təqaüdçü olan tibb bacısının koronavirus testi oktyabrın 2-də pozitiv çıxıb. 20 gün ərzində Ankara Şəhər Xəstəxanasında müalicə alan qadının şəkər və təzyiq problemləri də olub.

Bütün bunlara baxmayaraq, yaşlı tibb bacısı xəstəliyə qalib gələ bilib. O, müalicə aldığı xəstəxanada koronavirusa qalib gələn ən yaşlı xəstə kimi qeydə alınıb.

93 yaşlı qadın həkimlərə təşəkkür edərək, “Sanki yenidən doğulmuş kimiyəm”, deyə bildirib.

Tibb bacısı xəstəxana heyətinin alqışları altında  yola salınıb.

# 661
avatar

Aygün İbrahimli

Oxşar yazılar