Sosial mediada bunları etmək əks effekt verir - DİQQƏT
23 oktyabr 2020 11:02 (UTC +04:00)

Sosial mediada bunları etmək əks effekt verir - DİQQƏT

APA Group”un rəhbəri Vüsalə Mahirqızı “Facebook” hesabında Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı sosial mediada əks effekt verəcək bir neçə məqam barədə məlumat verib.

Lent.az sözügedən məlumatları təqdim edir:

- Şəhidlərimizin şəklini və barəsində məlumat yaymaq. Biz necə düşmənlə bağlı bu faktlar olanda istifadə edir və seviniriksə, düşmən də eynisini edir,

- Hər hansı yolla bizə çatan döyüş bölgəsi videolarını yaymaq, onları ictimailəşdirmək. Bunu daha çox “telegram” kanalları və digər sosial media səhifələri edir. Ümumiyyətlə, o videoların çəkilməməsi üçün rəsmi qurumlar tədbir görməlidir,

- Raket atəşi açılmış, mərmi düşmüş qeyri-döyüş ərazisini çəkib ictimailəşdirərkən, yalnız dağıntı ərazisini çəkmək, obyekt adlarını, yolu, infrastrukturu çəkməmək, geniş panoram çəkiliş etməmək, konkret ünvan söyləməmək və ya yazmamaq lazımdır,

- Düşmənin beynəlxalq təşkilatlarda, mediada bizə qarşı istifadə edəcəyi faktlar, xəbərlər yaratmamaq və paylaşmamaq. Sosial mediada "daxili auditoriya" anlayışı çox kövrəkdir.

- Vətənpərvərlik postları hazırlayarkən, internetdən seçdiyimiz fotolara diqqət etmək və bizim olanı seçmək vacibdir.

- “WhatsApp” vasitəsilə ötürülmüş, sizə 8-ci adamdan gəlib çıxmış şəkilləri, videoları yaymazdan əvvəl "google"da yoxlamaq və mənbəni dəqiqləşdirmək,

- Müzəffər ordumuzun işğaldan azad etdiyi əraziləri "filan yer alındı" başlığı ilə təqdim etməmək, biz heç yeri almırıq, öz torpağımızı işğaldan azad edirik,

- Adamları əsəbiləşdirmək üçün, müharibəni qrantını artırmaq, ölkədən getmək, məşhurlaşmaq üçün fürsət bilənləri iqnor eləmək, onların statuslarını paylaşıb, sevindirməmək”. 

# 1093
avatar

Oxşar yazılar