İti qovmasan, özünü qurd zənn edər – Yeni atalar sözləri
22 oktyabr 2020 15:22 (UTC +04:00)

İti qovmasan, özünü qurd zənn edər – Yeni atalar sözləri

Lent.az kulis.az-a istinadla son günlər trendə çevrilən “İti qovmaq” ifadəsi ilə bağlı yeni atalar sözü variasiyalarını təqdim edir.

İti qov, iti get

***

İti qovarsan, vətən qaytararsan

***

İti qov, canın rahat olsun

***

İti qov, çomağı yerə qoyma

***

İti qovur, oturmur bir hovur

***

İt qovmaq üçündür, bit təmizləmək üçün

***

İti qovmasan sənə ağız atar

***

İti qov, qudurub səni tutmasın

***

İti qov, atı sev

***

İti qovmayan – yurdu sevməyən

***

Dedilər, işinin adı nədir, dedim, it qovuram

***

İti qov qayadan at, atı qov yurda çat

***

Qovduğun itin adını de, deyim, kimsən

***

İtin qovulanı, atın seviləni

***

İgid - it qovmağından bəlli olar

***

İti itdən uzağa qovarlar

***

İt qovulan yerdən çarıq oğurlayar

***

İt qovulan yerə bir də gəlməz

***

İt it olduğu üçün qovuldu, adam adam olduğu üçün sevildi

***

İti qovulan atəşkəsə çağırar

***

İti qovla, qurdu ovla

***

İti qovmasan, özünü qurd zənn ediər

***

İt qovulanda qurd olmadığını anladı.

***

İti qovum, qurdu qovum, səni qovmayım

***

İti niyə qovdun? Divar dibinə işəyirdi

# 1663
avatar

Oxşar yazılar