Alimlər ən çox qorxu yaradan filmi müəyyənləşdirdi
21 oktyabr 2020 14:04 (UTC +04:00)

Alimlər ən çox qorxu yaradan filmi müəyyənləşdirdi

Alimlər “Halloween” bayramı ərəfəsində ən çox qorxu yaradan filmi müəyyənləşdirib.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, Britaniyanın “BroadbandChoices” şirkətinin mütəxəssisləri tamaşaçıların ürək döyüntülərini yoxladıqdan sona belə qənaətə gəlib.

Təcrübədə müxtəlif yaş qrupundan 50 nəfər iştirak edib. Tədqiqat zamanı mütəxəssislər ən çox reytinq qazanmış 50 ekran əsərinə baxış keçirməklə 120 saat vaxt sərf edib. Onlar sakit və həyəcanlı səhnələr arasında tamaşaçıların ürək döyüntülərinin say fərqini qeydə almaqla buna nəzarət ediblər.

Alınan nəticələrə görə alimlər tamaşaçıların ən çox reaksiya göstərdikləri 35 dəhşətli filmi seçiblər. Birinci yerdə ən çox qorxu yaradan film rejissor Skott Derriksonun “Sinister” ekran əsəri olub. Bu filmə baxış zamanı tamaşaçılar arasında ürək döyüntüsünün sayı 32 faiz artaraq orta hesabla dəqiqədə 86-a çatıb. Qeyd edək ki, insan sakit halda olarkən bu göstərici 65 olur.

“BroadbandChoices”in araşdırmasına görə ilk beşliyə həmçinin “Insidious” (2010), “The Conjuring” (2013), “Hereditary” (2018) və “Paranormal Activity” (2007) filmləri daxil olub.

# 955
avatar

Oxşar yazılar