106
07:14
21 Oktyabr 2020

Britaniyada koronavirusla bağlı yeni məhdudlaşdırıcı qaydalar tətbiq ediləcək

Böyük Britaniyada pandameya başlayandan bəri koronavirusa yoluxma sayı rekord həddə çatıb.

APA-nın RİA Novosti-yə istinadən xəbər verir ki, Britaniya hökumət ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq, 23 oktyabr - 9 noyabr tarixlərində yeni məhdudlaşdırıcı qaydaların qüvvəyə minəcəyini elan edib. Qeyri-ərzaq mağazaları, idman mərkəzləri, otel və restoranların bağlanması, insanların mümkün qədər evdə işləməsi tələb edilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, son sutkada 21 331 yoluxma qeydə alınıb. Ölüm sayı isə iyunun 5-dən bəri ən yüksək həddə çatıb - 241 nəfər.

Bir gün əvvəl 18 805 nəfərdə virusa yoluxma aşkarlanmışdı, ölüm sayı isə 80 nəfər olmuşdu.

Qeyd edək ki, ümumilikdə, ölkədə bu günədək 762 542 yoluxma, 43 967 ölüm hadisəsi baş verib.

Xatırladaq ki, Baş nazir Boris Conson oktyabrın 12-dən yeni üçsəviyyəli məhdudlaşdırıcı qaydaların tətbiqinə göstəriş vermişdi.

Dİgər xəbərlər