Ərdoğan nazirləri toplayır: Qarabağda hərbi əməliyyatlar müzakirə olunacaq
20 oktyabr 2020 10:20 (UTC +04:00)

Ərdoğan nazirləri toplayır: Qarabağda hərbi əməliyyatlar müzakirə olunacaq

Türkiyənin Nazirlər Kabineti bu gün saat 15:00-da toplanır.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən toplantıda Ermənistanın Azərbaycana hücumları, koronavirus və Şimali Kipr Türk Respublikasında Ersin Tatarın prezident seçilməsi əsas müzakirə mövzusu olacaq.

Türkiyə mediasında yayılan məlumatda bildirilir ki, Ermənistanın Azərbaycan torpaqlarına hücumları toplantının əsas məsələsi olacaq. Azərbaycana verilən dəstək, Ermənistana qarşı beynəlxalq hüquqdan doğan haqlardan istifadə etmək müzakirə olunacaq. 

# 631
avatar

Mehman Nəbiyev

Oxşar yazılar