Rusiyada koronavirusdan son sutkada 179 nəfər ölüb
19 oktyabr 2020 11:55 (UTC +04:00)

Rusiyada koronavirusdan son sutkada 179 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 15 982 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla Rusiyada COVID-19-a yoluxanların sayı 1 415 316 nəfərə çatıb.

Son sutka ərzində Rusiyada 179 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə ölkədə koronavirusdan ölənlərin sayı 24 366 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

# 601
avatar

Oxşar yazılar