“Sumqayıt” qələbə qazandı, "Sabah" "Neftçi" ilə...
18 oktyabr 2020 18:02 (UTC +04:00)

“Sumqayıt” qələbə qazandı, "Sabah" "Neftçi" ilə...

Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.
 
Apasport.az saytının məlumatına görə, dünən start götürən turun son günündə iki oyun keçirilib.
 
Paytaxt derbisində “Neftçi” “Sabah”ı qəbul edib. Matçın taleyini bir qol həll edib. Mövsümdə 4-cü qoluna imza atan Namiq Ələsgərov “ağ-qaralar”a üç xal qazandırıb. Bu, Füzuli Məmmədovun komandasına turu 3-cü pillədə başa vurmaq imkanı verib.
 
Liderlik uğrunda mübarizə aparan “Sumqayıt”la “Zirə”nin dueli daha məhsuldar alınıb. Ayxan Abbasovun yetirmələri qarşılaşmanın əvvəlində penalti şansını qaçırsa da, görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb. Bu, “Sumqayıt”a zirvəni ələ keçirmək imkanı verib. Paytaxt təmsilçisi isə liderliyi ikinci sıraya dəyişib.

Qeyd edək ki, dünən keçirilən matçlarda “Qarabağ” “Qəbələ”yə böyük hesabla (3:0), qalib gəlib, “Səbail”lə “Keşlə”nin görüşündə (1:1) qalib müəyyənləşməyib.
 
Azərbaycan Premyer Liqası

VI tur

18 oktyabr (bazar)

14:00. “Neftçi” – “Sabah” - 1:0

Qol: Namiq Ələsgərov, 29

“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 26. Ömər Buludov, 20. Mert Çelik

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 10. Saman Nərimancahan, 17. Bruno Teluşi, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov

Baş məşqçi: Füzuli Məmmədov 

“Sabah”: 1. Saşa Stamenkoviç (k), 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 30. Mario Marina, 18. Xulio Sezar Rodriqez, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev, 77. Veysəl Rzayev

Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 8. Elşən Abdullayev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 23. Amadu Diallo, 3. Ulise Diallo, 28. Kevin Kubemba, 10. Yevgeni Koçuk, 60. Abbas Ağazadə

Baş məşqçi: Visente Qomez
“Bakcell Arena”
 
16:00. “Sumqayıt” – “Zirə” - 2:1

Qollar: Rəhim Sadıxov, 35 (pen.), Tellur Mütəllimov, 59 - Davit Volkov, 40

“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 21. Adəm Həmati, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 15. Hüseyn Cəfərov, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov

“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 32. Qismət Alıyev, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 7. Tural Bayramlı

Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 10. Ağabala Ramazanov, 5. Kərim Diniyev, 21. Hacıağa Hacılı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı

Baş məşqçi: Rəşad Sadıqov

“Kapital Bank Arena”

1

Sumqayıt

6

3

2

1

9-6

11

2

Zirə

6

3

1

2

8-8

10

3

Neftçi

6

3

1

2

6-6

10

4

Keşlə

6

2

3

1

6-4

9

5

Qarabağ

5

2

2

1

8-4

8

6

Sabah

6

2

0

4

6-7

6

7

Səbail

5

1

1

3

6-8

4

8

Qəbələ

6

0

4

2

3-9

4

​​​​​​​Bombardir: Əli Qurbani ("Sumqayıt") - 5 qol

# 970
avatar

Oxşar yazılar