10:32
18 Oktyabr 2020

Dünyada koronavirusa yoluxanların sayı 40 milyona yaxınlaşır

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 40 milyona yaxınlaşır Ölənlərin sayı 1,1 milyonu keçib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bunu ABŞ-ın Con Hopkins Universitetindəki Sistem Tədqiqatları və Mühəndislik Mərkəzinin məlumatları sübut edir.

Oktyabrın 18-i səhər saatlarına olan məlumat belədir:

Yoluxanlar - 39 671 115 nəfər;

Koronavirusdan ölənlər - 1 109 836 nəfər.

Ən çox yoluxma qeydə alınan 5 ölkə isə bunlardır:

1. ABŞ – 8 106 384;

2. Hindistan – 7 432 680;

3. Braziliya – 5 224 362;

4. Rusiya – 1 376 020;

5, Argentina – 976 119.

Dİgər xəbərlər