Hikmət Hacıyev bu gün 15 yaşı tamam olacaq terror qurbanından yazdı - FOTO
18 oktyabr 2020 09:26 (UTC +04:00)

Hikmət Hacıyev bu gün 15 yaşı tamam olacaq terror qurbanından yazdı - FOTO

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Gəncədə həyatını itirən və bu gün 15 yaşı tamam olacaq Nigar Əsgərova haqqında paylaşım edib.

Lent.az xəbər verir ki, dövlət rəsmisi bu barədə özünün rəsmi "Twitter" hesabında məlumat paylaşıb:

"Doğum günün mübarək Nigar. Qonşumuzun qaniçən olduğuna görə üzr istəyirik. Vətəndaşları, uşaqları öldürmək Ermənistan silahlı qüvvələrinin standart təcrübəsidir. Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində Nigar qonşuları ilə birlikdə doğum günündən bir gün əvvəl öldürüldü".

# 1012
avatar

Mehman Nəbiyev

Oxşar yazılar