Beyləqanda komendant saatını pozan şəxsdən silah götürülüb
17 oktyabr 2020 13:14 (UTC +04:00)

Beyləqanda komendant saatını pozan şəxsdən silah götürülüb

Beyləqanda komendant saatını pozan şəxsdən silah götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, oktyabrın 16-da saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini P.İzzətov idarə etdiyi “Mercedes” markalı avtomobillə komendant saatı rejimini pozduğuna görə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobilə baxış zamanı oradan nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

# 658
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar