167
19:54
22 Oktyabr 2020

Fenomenlərə pis xəbər: Gizli reklamlara qarşı tədbirlər görülür

Sosial media platforması “İnstagram” gizli reklamlara qarşı sərt tədbirlər görməyə razı olub. Şirkət bununla bağlı bir sıra dəyişikliklər etməyə hazırlaşır.

Sosial mediada gizli reklam məsələsi son illərdə artıb. İngiltərədə tərəflər arasında aparılan danışıqlar nəticəsində gizli reklamlara "dur" deyiləcək önəmli qərarlar verilib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə İngiltərənin Rəqabət İdarəsindən bildirilib. Yeni tətbiqetmələrdən sonra sosial media məşhurlarının gizli reklam nümunələri qaydalara bağlı olacaq.

Hər şeydən əvvəl fenomenlər paylaşımlarında reklam olduğunu bildirməli olacaqlar. Həm də bir məhsul və ya xidmətin reklamı üçün hər hansı bir təşviq aldıqlarını təsdiq edəcəklər. “İnstagram” da bir reklamın gizlənib-gizlənmədiyini aşkar etmək üçün lazımi texnologiyaları tətbiq edəcək.

Qeyd edək ki, minlərlə izləyicisi olan sosial media məşhurları bir məhsul və ya xidmətin tanıtımı müqabilində şirkətlərdən böyük pul qazana bilirlər. Rəqabət Təşkilatının təşəbbüsləri sayəsində keçən il İngiltərədə 16 sosial media fenomeni gizli reklam etməyəcəyinə söz verib.

Dİgər xəbərlər