Cəbhə rayonlarında qazın verilişi bərpa edilir
16 oktyabr 2020 12:14 (UTC +04:00)

Cəbhə rayonlarında qazın verilişi bərpa edilir

Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə bağlı olaraq uzun müddət qaz təchizatı dayandırılmış bəzi yaşayış məntəqələrinə qazın verilişi bərpa edilir.

"Azəriqaz" İstehsalat Birliyindən Lent.az-a daxil olan məlumata görə, Tərtər rayonu üzrə artıq 30 kənd qazla təchiz olunub. Yalnız Tərtər şəhəri və 21 kəndin qaz təchizatında məhdudiyyət qalıb. O cümlədən, Füzuli rayonu üzrə qazlaşdırılmış yaşayış məntəqələrinin sayında artım var. Rayonun 38 yaşayış məntəqəsinə təbii qaz verilib, 2 yaşayış məntəqəsində isə qaz təchizatı məhdudlaşdırılıb. Ağdam rayonu üzrə 14 yaşayış məntəqəsi təbii qazla təmin edilib, digərlərində məhdudiyyət qalmaqda davam edir.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı isə sentyabrın 27-dən məhdudlaşdırılıb. Beyləqan və Bərdə rayonlarında hazırda qaz təchizatı tam olaraq bərpa olunub.

# 877
avatar

Oxşar yazılar