16:25
15 Oktyabr 2020

Güneylilərdən Azərbaycana dəstək: "Biz Azərbaycanın özüyük" - FOTOLENT

Güney Azərbaycanda və İranın türkdilli bölgələrində Azərbaycana və ordumuza dəstək və İran hökumətinə etiraz məqsədilə "Biz Azərbaycanın yandaşı deyilik, Biz Azərbaycanın özüyük" adlı kampaniya başlanıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, bu kampaniyaya qatılanlar üzərində "Biz Azərbaycanının yandaşı deyilik, Biz Azərbaycanın özüyük" cümləsi yazılmış plakatları əllərində tutaraq öz fotolarını çəkdirib sosial şəbəkələrdə paylaşırlar.

İndiyə qədər yüzlərlə insan bu kampaniyaya qatılıb və kampaniya hələ də davam edir.

Ərdəbildə baş verən bu etirazlardan sonra Günüy Azərbaycanının əksər şəhərlərində, o cümlədən Təbriz, Urmiyə, Zəncan, Tehran, Meşkinşəhr və Muğan kimi bölgələrdə baş tutan kütləvi mitinqləri İran hökuməti dağıdıb və bir çox sayda insan həbs edilib.

Dİgər xəbərlər