15:15
14 Oktyabr 2020

İranda koronavirusdan bir sutkada 279 nəfər ölüb

İranda ötən sutka ərzində 279 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 29 349 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 4 830 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 513 219 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 41 4831 nəfər koronavirusdan sağalıb.

Dİgər xəbərlər