2023-cü ilədək neftin qiymətinin 50 dollardan yuxarı olması ehtimalı azdır - SƏBƏB
14 oktyabr 2020 13:17 (UTC +04:00)

2023-cü ilədək neftin qiymətinin 50 dollardan yuxarı olması ehtimalı azdır - SƏBƏB

Beynəlxalq Enerji Agentliyinin (IEA) qlobal neft tələbatı üzrə 2020-2021-ci illər üçün proqnozlarını dəyişməyib.

"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (IEA) oktyabr hesabatına istinadən verdiyi məlumata görə, 2020-ci il üçün neftə olan qlobal tələbatın artım tempi üzrə proqnoz gündəlik 8,4 mln. barel, 2021-ci il üçün isə 5,5 mln. barel səviyyəsində saxlanılıb. Agentlik qeyd edir ki, bu il üçün tələbatın gündəlik 8,4 mln. barel səviyyəsində qalması proqnozu yalnız “OPEC+” ölkələrinin hasilatın azaldılmasına dair razılaşmanın şərtlərinə tam əməl etdiyi və IV rübdə qlobal neft ehtiyatlarının gündəlik 4 mln. barel azalması halında keçərlidir.

IEA qeyd edir ki, COVID-19 pandemiyasının ikinci dalğası səbəbindən dünyada neft istehlakının bərpası ilə bağlı qeyri-müəyyənlik ehtiyatların azalması ilə bağlı vəziyyəti aydınlaşdırmır və 2023-cü ilədək neftin qiymətinin 50 dollardan yuxarı qalxma ehtimalını azaldır.

# 994
avatar

Oxşar yazılar