12:24
13 Oktyabr 2020

Ukrayna azərbaycanlılarından dəstək aksiyası: “Qarabağ Azərbaycandır!”

Ukraynada yaşayan azərbaycanlılar paytaxt Kiyevdə möhtəşəm aksiya keçiriblər.

Ukrayna Azərbaycanlıları Radasından Lent.az -a verilən məlumata görə, Kiyevin mərkəzindəki Lobanovski küçəsində “Qarabağ Azərbaycandır!” şüarı olan pankart asılıb.

Ukrayna Azərbaycanlıları Radasının həmsədrlərindən olan Hikmət Cavadovun sözlərinə görə, lövhə yerli sakinlərin marağına səbəb olub.

Dİgər xəbərlər