17:21
12 Oktyabr 2020

"Gəncədə evlərinə ziyan dəyənlərə yeni mənzillər veriləcək" - RƏSMİ

“Gəncəyə ermənilərin raket atması nəticəsində evləri dağılan insanlar hamısı kirayə evlərə yerləşdirilib. Onlara yeni mənzillər tikilib veriləcək”.

APA-nın məlumatına görə, bunu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin insanlar yaxşı şəraitli mənzillərlə təmin olunacaqlar:

“Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman insanların yanındadır. Daim burada zərərçəkənlər barəsində maraqlanırlar”.

Dİgər xəbərlər