15:24
12 Oktyabr 2020

"Hadrutu yenidən işğal etməyə çalışan xüsusi təyinatlılar məhv edilib" - İlham Əliyev

“Onlar Hadrutu yenə işğal altına salmaq üçün bir neçə dəfə cəhd göstəriblər. Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş xüsusi təyinatlılardan ibarət böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib.

“Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur. Sadəcə, olaraq gedib orada selfi çəkdirmək, yaxud öz əhalisinə hesabat vermək üçün belə addım atırlar. Azərbaycan Ordusu o böyük qrupu zərərsizləşdirdi. Orada bu gecə Ermənistanın verdiyi qurbanlar Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır”, - Prezident vurğulayıb.

Dİgər xəbərlər