15:07
11 Oktyabr 2020

Hikmət Hacıyev: "Dağlıq Qarabağda yaşayan mülki insanlara humanitar koridorlar təmin etməyə hazırıq"

"Prezident İlham Əliyev tərəfindən də qeyd olunduğu kimi biz heç bir mülki hədəflərə atəş açmırıq”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə Baş Prokurorluqla birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu, bizim dəyərimizdir: “Biz Erməni xalqı ilə müharibə aparmırıq. Bu müharibə işğalçı, təcavüzkar dövlətlədir. Əgər onlar da silahı yerə qoyarsa, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsa, Azərbaycan tərəfi onların Cenevre Konvensiyası əsasında bütün hüquqlarını təmin etməyə hazırdır. Həmçinin orada yaşayan mülki insanlar bir koridora ehtiyac duyduğu təqdirdə biz onlara da humanitar koridorları təmin etməyə hazırıq. Bu, yenə də sivil dünya ilə Ermənistan arasında olan fərqi göstərir".

Dİgər xəbərlər