14:28
11 Oktyabr 2020

Türmədəki tanışına gizlincə heroin gətirmək istədi

Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Piri Elman Namiq oğluna tanışı Bakı şəhər sakini Qayıbxanov Cahangir Eldar oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan siqaret qutusunun içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,493 qram narkotik maddə “heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər