Ağsu aşırımından avtomobil aşıb, xəsarət alanlar var
10 oktyabr 2020 18:32 (UTC +04:00)

Ağsu aşırımından avtomobil aşıb, xəsarət alanlar var

Ağsu dolaylarında yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu rayon sakini, 1984-cü il təvəllüdlü Ələkbərov Təbriz Sabir oğlu "VAZ-2107" markalı minik avtomobili ilə Ağsu aşırımında hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü T. Ələkbərov və sərnişini, Ağsu sakini, 1984-cü il təvəllüdlü Nağıyev Rafael Ağazər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858

Oxşar yazılar