16:02
10 Oktyabr 2020

Rusiyada son sutka ərzində koronavirusdan 197 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 12 846 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Bu, pandemiya başlayandan ən yüksək göstəricidir.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 285 084 nəfərə çatıb.

Son sutka ərzində 197 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 22 454 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Dİgər xəbərlər