17:43
09 Oktyabr 2020

“Hadrut qəsəbəsi və kəndlərin işğaldan azad edilməsi tarixi qələbədir” - İlham Əliyev

“Hadrut qəsəbəsi və bir sıra kəndlərin işğaldan azad edilməsi tarixi qələbədir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan işğal altındakı torpaqları işğaldan azad edir: “Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir, hər gün əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflər yerinə yetirir. Eyni zamanda strateji yüksəklikləri götürərək, daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir. Əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat, eyni zamanda döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə malikdir”.

Ali Baş Komandan qeyd edib ki, bu gün aparılan döyüşlərdə düşmənin hərbi texnikası böyük dərəcədə məhv edilib.

Dİgər xəbərlər