Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı vəziyyəti müzakirə edəcək
09 oktyabr 2020 15:59 (UTC +04:00)

Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı vəziyyəti müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasında daimi üzvlərlə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.

“Bizim sərhədlərimizin lap yaxınlığında baş verənləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəyik”, -  V. Putin qeyd edib.

# 550
avatar

Oxşar yazılar