14:05
09 Oktyabr 2020

Bir ailənin iki üzvü yol qəzasında öldü

Şəkidə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, oktyabrın 8-də saat 12 radələrində Şəki şəhəri ərazisində Bərdə rayon sakini N.Əzizov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişinləri - arvadı Nəsibə və qızı Zəminə hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Fakta bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Dİgər xəbərlər