18:16
08 Oktyabr 2020

Pakistan siyasətçilərindən Azərbaycana DƏSTƏK

Pakistanın siyasi partiyalarının liderləri işğalçı Ermənistan ordusunun təcavüzünə qarşı mücadilədə Azərbaycan dövlətini dəstəklədiklərini bildiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az -a verilən məlumata görə, "Jamiat-Ulama" İslam Pakistan Partiyasının rəhbəri Maulana Fazlulrahman və senator, müxalifətin lideri Raca Məhəmməd Zəfər-ül-Haqqın ölkəmizin Pakistandakı səfirliyinə ünvanladıqları məktublarda qeyd olunub ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın və ətraf ərazilərin Ermənistan tərəfindən işğal edilməsi qeyri-qanunidir və beynəlxalq hüquq normalarına tamamilə ziddir.

"Azərbaycanın öz ərazilərinə hakim olmaq və xarici qüvvələri öz torpaqlarından çıxarmaq üçün qanuni hüquqa sahib olduğuna inamımız qətidir. Pakistan azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə dayanır və ən əziz dostumuz olan igid Azərbaycan xalqının Prezidentinə tam dəstəyini ifadə edir", - M.Fəalulrahman qeyd edib.

"Azərbaycan rəhbərliyinin səylərinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurası tərəfindən həll edilməməsi ciddi narahatlıq doğurur. Bu münaqişə BMT Təhlükəsizlik Şurasının etinasızlığının nəticəsidir. Pakistan xalqı Azərbaycanın mövqeyini tam dəstəkləyir", - R.M.Zəfər-ül-Haq bildirib.

Dİgər xəbərlər