15:56
07 Oktyabr 2020

Rəhim Həsənov FİFA hakimliyindən çıxarıldı

Bu gün Hakimlər Komitəsinin iclasında 2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FİFA referilərinin siyahısında bəzi dəyişikliklərin edilməsi barədə qərar qəbul edilib.

Apasport.az saytının məlumatına görə, 2013-cü ildən FİFA referisi olan Rəhim Həsənovu Elçin Məsiyev əvəz edib. 2010-cu ildən FİFA referisi olan və zədə səbəbindən karyerasını başa vuran Mübariz Həşimovun əvəzinə isə Cavanşir Yusifovun adı siyahıya əlavə edilib. Fiziki testdən və ingilis dili bacarığından uğurla keçən 2 yeni futzal hakimi - Əli Cəbrayılov və Knyaz Əmiraslanovun adları hazırkı siyahıya əlavə olaraq FİFA-ya göndəriləcək.

FIFA fitness testlərinin nəticəsindən asılı olaraq qadın hakimlər və köməkçi hakimlərin siyahısında hər hansı dəyişiklik olacağı təqdirdə saytımız vasitəsilə əlavə məlumat veriləcək.

Dİgər xəbərlər