Azərbaycan dilini bilməklə bağlı arayışın verilməsi dayandırıldı - SƏBƏB
07 oktyabr 2020 13:19 (UTC +04:00)

Azərbaycan dilini bilməklə bağlı arayışın verilməsi dayandırıldı - SƏBƏB

Mövcud pandemiya şəraiti və hərbi vəziyyətlə əlaqədar ölkə üzrə internetin verilməsində məhdudiyyətin tətbiq edilməsi səbəbindən Azərbaycan dilini bilmə səviyyəsini müəyyənləşdirən komissiyanın əyani və ya distant fəaliyyəti hazırda mümkün deyil.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu səbəbdən Azərbaycan dilini bilməyə dair arayışın verilməsi ilə bağlı ərizə qəbulu müvəqqəti olaraq dayandırılıb. Komissiyanın işi distant və ya əyani formada bərpa olunduqda əlavə məlumat veriləcək.

# 670
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar