11:49
07 Oktyabr 2020

Koronavirus Rusiyada daha 202 nəfəri öldürdü

Rusiyada son sutka ərzində daha 11 115 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 248 619 nəfərə çatıb.

Son sutka ərzində 202 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 21 865 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Dİgər xəbərlər