Düşmənin məhv edilən döyüş texnikasının SİYAHISI
07 oktyabr 2020 11:37 (UTC +04:00)

Düşmənin məhv edilən döyüş texnikasının SİYAHISI

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib. Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir: - 250-dək tank və digər zirehli texnika; - 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan; - 60-dək hava hücumundan müdafiə vasitələri; - 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi; - 8 silah-sursat anbarı; - 150-dək avtomobil texnikası; - 1 ədəd “S-300” zenit-raket kompleksi.

# 241
avatar

Oxşar yazılar