11:35
07 Oktyabr 2020

Təqaüdünü orduya köçürən Hikmət baba: "Pulu onun üçün ödədim ki ..."

Ötən gün sosial şəbəkələrdə ayaqqabısı köhnə, yırtıq olduğu halda Hikmət Musayev adlı şəxsin öz təqaüdündən Azərbaycan Ordusu üçün 180 manat köçürməsi ilə bağlı məlumat paylaşılıb. Məlumatdan sonra hər kəs maraqla ona təşəkkür etdi, dəstəyini göstərmək üçün onu axtarmağa çalışdı.

Lent.az məlumat verir ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları Şəkinin Baş Küngüt kəndindən olan Hikmət Musayevə baş çəkiblər.

Bu barədə qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov sosial şəbəkə hesabında bildirib:

"Bura Şəkinin Baş Küngüt kəndidir. Ötən gün ordumuz üçün öz təqaüdündən 180 manat köçürən Hikmət babanın kəndi. ƏƏSMN əməkdaşları olaraq səhər tezdən həm təşəkkürümüzü bildirmək, həm səlahiyyətlərimiz çərçivəsində biz də ona olan bu mənəvi borcu ödəmək üçün kəndə gəldik. Hikmət baba deyir ki, əsgərlərə canım qurban! O pulu onun üçün ödədim ki, balalarımız düşmən əsarətinə düşməsin. Ordumuza bacardığım qədər dəstək olum. Deyir, özüm də bu dəqiqə cəbhəyə getməyə hazıram.. O deyir.. Qürur hissi, fəxr hissi sözümüzü boğazımızda kəsir.. Sizinlə fəxr edirik, Hikmət dayı! Tanrı Azərbaycanı qorusun! Sizin kimi insanların vətənini!".

Dİgər xəbərlər