13:25
06 Oktyabr 2020

İki maşın toqquşdu: iki nəfər öldü

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, oktyabrın 5-də saat 18 radələrində Goranboy rayonunun Balakürd kəndi ərazisində P.İsmayılovun idarə etdiyi “KamAZ” markalı avtomobillə Səfikürd kənd sakini Məhərrəm Ələsgərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə M.Ələsgərov və sərnişini Aydın Abışov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Araşdırma aparılır.

Dİgər xəbərlər