13:47
06 Oktyabr 2020

Komendant postunda saxlanılan maşınlardan silah tapıldı

Oktyabrın 4-də saat 21 radələrində Naftalan şəhər sakini Ə.Ruzicənginin idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, polis əməkdaşlarının maşına baxışı zamanı oradan tir tüfəngi və optik binokl aşkar edilərək götürülüb.

Bundan əlavə, həmin gün saat 21 radələrində Bakı şəhər sakini E.Mirzəyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.

Maşına baxış zamanı oradan “Ata-arms” markalı tüfəng aşkar edilərək götürülüb.

Hər iki sürücü araşdırma aparılması üçün avtomobillərlə birgə Abşeron rayon Polis İdarəsinə təhvil verilib.

Dİgər xəbərlər