12:15
06 Oktyabr 2020

“Əl-Cəzirə” kanalında tələbələrimizin vətənpərvər fəaliyyəti işıqlandırıldı - FOTO

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinin təşəbbüsü ilə “Qarabağ Azərbaycandır” #KarabakhIsAzerbaijan adlı platforma yaradılıb.

BMU-nun Mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Platformanın yaradılmasında məqsəd işğalçı ölkə Ermənistanın yaydığı yalan məlumatların qarşısını almaq, informasiya sahəsində düşmənə qarşı mübarizə aparmaq və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını təmin etməkdir.

BMU tələbələri işğalçı ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin, Qarabağ həqiqətlərinin sosial şəbəkələrdə müxtəlif dillərdə geniş auditoriyaya çatdırılmasında fəal iştirak edirlər. Platformanın idarəetmə qrupu 12, üzvləri minlərlə tələbədən ibarətdir. BMU tələbələri ilə bərabər ADA, Bakı Dövlət Universiteti, Xəzər Universitetinin tələbələri də aktivlik nümayiş etdirirlər.

Tələbələrin bu mühüm işi həyata keçirmələri üçün BMU-da hər cür şərait yaradılıb və bu ölkəmizdə düşmənin informasiya müharibəsinə qarşı könüllü şəkildə fəaliyyət göstərən ən böyük şəbəkələrdən biridir.

Qeyd edək ki, “Əl-Cəzirə” televiziya kanalının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı reportajda BMU tələbələrinin bu fəaliyyəti işıqlandırılıb.

https://www.youtube.com/watch?v=xmTkZ8PTIGs&feature=youtu.be

Dİgər xəbərlər