Azərbaycan Ordusunun anti-terror əməliyyatları nəticəsində ağır itkilər verən işğalçı Ermənistan muzdlu döyüşçüləri və başqa ölkələrdə yaşayan erməni separatçıları Qarabağa gətirir.
Lent.az-ın məlumatına görə, Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindən bir qrup erməni separatçı Vahaqn Çaxalyanın rəhbərliyi altında Qarabağda döyüşlərə qatılıb.
Hərbi əməliyyatlar başlayandan sonra Ermənistan mediası Cavaxetiyadan 8 min erməninin gəlməyə hazır olduğu haqda məlumat vermişdi. Lakin Gürcüstan hökuməti sərhədləri bağlayaraq, separatçıların keçidinə imkan vermədi.
Gürcüstan mediası yazır ki, V.Çaxalyan və dəstəsi sərhədlər bağlanmamışdan öncə Ermənistana keçə bilib. Çaxalyanın Feysbuk səhifəsində paylaşdığı fotolar separatçıların bunkerdə gizləndiyini göstərir. Erməni separatçının Feysbukda sonuncu paylaşı 29 sentyabrdadır, böyük ehtimalla ya qaçıb, ya da məhv edilib.

Gürcüstandakı erməni separatçılarının rəhbəri Qarabağdakı terrorçulara qoşuldu, amma…
Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29