16:47
05 Oktyabr 2020

Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Lent.az "koronavirus.info"ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Binəqədidə koronavirusa yoluxma 14.3 faiz, Xətaidə 12.4 faiz, Yasamalda 11.8 faiz, Sabunçuda 11.6 faiz, Nəsimidə 8.8 faiz, Nərimanovda 8.2 faiz, Suraxanıda 8.0 faiz, Qaradağda 7.5 faiz, Nizamidə 7.1 faiz, Xəzərdə 5.3 faiz, Səbaildə 4.7 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

Dİgər xəbərlər