12:13
05 Oktyabr 2020

"Mingəçevirə raket atılması region üçün ciddi təhlükədir" - Ombudsman

"Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir su anbarı və enerji blokunun hədəfə alınmaqla raket atəşinə tutulması təkcə Azərbaycanda deyil, bütün regionda ətraf mühit və enerji təchizatı üçün ciddi təhlükədir".

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Səbinə Əliyeva deyib.

Qeyd edək ki, dünən axşam saatlarında Ermənistan Mingəçevirə şəhərinə raket zərbələri endirib.

Dİgər xəbərlər