4 qardaşın evindən narkotik tapıldı
05 oktyabr 2020 11:57 (UTC +04:00)

4 qardaşın evindən narkotik tapıldı

Narkotik vasitə ilə tutulan F.İbrahimovun ətrafında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri aparıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə onun 3 qardaşının evlərində narkotik vasitə saxlamaları da müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə onun qardaşları Xəlilin evindən 89 qrama yaxın metamfetamin, Rəsulun evindən 805 qramdan artıq heroin, Vidadinin evindən isə 235 qramdan artıq tiryək və 580 qram marixuana aşkar edilərək götürülüb.

# 415
avatar

Mehman Nəbiyev

Oxşar yazılar